Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib


Çempionlar Liqasında V tura yekun vurulub.

A, B, C və D qruplarında növbəti mərhələyə vəsiqələrin taleyi də həll olunub.
 
İkinci oyun günündə bütün Azərbaycanın diqqəti “Qarabağ”a yönəlib. Çempionumuz evdə “Çelsi”yə uduzub. C qrupunda baş tutan görüşdə İngiltərə təmsilçisi qalib gələrək, 1/8 finala yüksəlib. "Roma" isə "Atletiko"ya məğlub olaraq şansını son tura saxlayıb. "Qarabağ" isə Avrokuboklarla vidalaşıb.
 
Səfərdə "Bazel"ə uduzan “Mançester Yunayted” son turu gözləməli olub. İngilislər 1 xalla da qrupdan çıxmış olacaq.
 
B qrupunda PSJ və “Bavariya” qrupdan çıxmağı təmin edib. “Seltik”lə “Anderlext” Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcək.
 
D qrupunda keçirilən “Yuventus” – “Barselona” görüşündə əldə olunan bərabərlik katalonları növbəti mərhələyə daşıyıb. Turin təmsilçisi isə son turu gözləməli olacaq.
 

///

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə “Çelsi”sini qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün məyusedici nəticə ilə yekunlaşıb.
 
Belə ki, “Qarabağ” London təmsilçisi qarşısında qapısında 4 cavabsız qol görüb. Görüşün 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Azar dəqiq oynayıb.
 
Ardınca Villian fərqi artırıb. İkinci hissədə "Qarabağ" yenə penalti ilə cəzalanıb. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Bu dəfə də Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı uzaqdan zərbə ilə dublunu rəsmiləşdirib.
 
Bu nəticədən sonra sonuncu tur “Qarabağ” üçün formallığa çevrilib.


////


Çempionlar Liqası
V tur
22 noyabr
 
A qrupu
MOİK (Rusiya) - “Benfika” (Portuqaliya) - 2:0
Qollar: Şennikov, 13, Jardel, 56 (öz qapısına)
 
“Bazel” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə) - 1:0
Qol: Lanq, 89

1.
Mançester Yunayted
5
4
0
1
10:2
12
2.
Bazel
5
3
0
2
9:5
9
3.
MOİK
5
3
0
2
7:8
9
4.
Benfika
5
0
0
5
1:12
0
 B qrupu
PSJ (Fransa) - “Seltik” (Şotlandiya) - 7:1
Qollar: Neymar, 9, 22, Kavani, 28, 79, Mbappe, 35, Veratti, 75, Dani Alves, 80  - Dembele, 1
 
“Anderlext” (Belçika) - “Bavariya” (Almaniya) - 1:2
Qollar: Hanni, 63 - Levndovski, 51, Tolisso, 77

1.
PSJ
5
5
0
0
24:1
15
2.
Bavariya
5
4
0
1
10:5
12
3.
Seltik
5
1
0
4
5:17
3
4.
Anderlext
5
0
0
5
1:17
0
 C qrupu
“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Azar, 21, Villian, 36, 85, Fabreqas, 73
 
“Atletiko” (İspaniya) – “Roma” (İtaliya) - 2:0
Qollar: Qrizman, 69, Qameyro, 85

1.

Çelsi

5

3

1

1

15:7

10

2.

Roma

5

2

2

1

8:6

8

3.

Atletiko

5

1

3

1

4:3

6

4.

Qarabağ

5

0

2

3

2:13

2


 

D qrupu


“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 3:1
Qollar: Bas Dost, 40, 66, Sezar, 43 - Ocuci-Ofoe, 86
 
“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya) - 0:0

 

1.

Barselona

5

3

2

0

7:1

11

2.

Yuventus

5

2

2

1

5:5

8

3.

Sportinq

5

2

1

2

8:7

7

4.

Olimpiakos

5

0

1

4

4:11

1




APA
Şərhlər
İdman bölməsinin xəbərləri