Löv Almaniya yığmasından ayrılır



Almaniya yığmasının baş məşqçisi Yoahim Löv iş yerini dəyişmək fikrinə düşüb. Live.az xəbər verir ki, bu barədə APA “Bild” nəşrinə istinadən yazır. Təcrübəli mütəxəssis gələnilki dünya çempionatından sonra Bundestimlə yollarını ayıracaq.
 

Buna səbəb 57 yaşlı çalışdırıcının artıq klubda çalışmaq istəməsidi. Onun hətta “Bavariya” ilə ilkin razılıq əldə etdiyi də bildirilir. Belə ki, həmkarlarımızın iddiasına görə, Löv mundialdan sonra bir il istirahət edəcək və 2019-cu ilin yayında “Bavariya”nın “sükanı arxası”na keçəcək. Həmin vaxta qədər isə münhenliləri hazırkı baş məşqçi Yupp Haynkes çalışdıracaq.
 

Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir. Bu illər ərzində komanda 1 dəfə (2014) dünya çempionu olub, 1 dəfə (2010) bürünc mükafat qazanıb, 1 dəfə də (2008) Avropa çempionatının finalçısı olub.
Şərhlər
İdman bölməsinin xəbərləri