Anar Nağılbaz porno videodan danışarkən ağladı: Biçağı belindən vururlar!



Azərbaycanda repin atası sayılan Anar Nağılbazın yeni klipinin təqdimatı keçirmək və son olaylarla bağlı, jurnalistlərin sualarına cavab vermək istəyib.

LİVE.az
xəbər verir ki, reper əvvəlcə onun olduğu iddia edilən porno videoya münasibət bildirib:

"O video ilə bağlı mən sizə çox söz deyə bilməyəcəm. Məhkəməyə verilib. Onlar həm çox yüksək məbləğdə maddi, həm də mənəvi cəzasını alacaqlar. Şübhələndiyim şəxslər var. Yayan xanımlardır. 50 GB-lıq materiallar var əlimdə. Video tam iftiradır və sübutlarım da var. Nə videodakı mənəm, nə o mənim səsimdir. Onların hamısı qara PR-dır."

Anar həmçinin keçmiş həyat yoldaşının müsahibəsinə də rəy bildirib:

"Mənim keçmiş xanımımın və o tərəfdən danışan heç kimin sözünə inanmayın. Onların hər zaman pulları verilib. Yay boyu uşaqlar mənim yanımda olub. Keçmiş xanımım dünən efirdə çıxıb deyir ki, mən uşaqlarıma baxmamışam. Qalan hər şey məhkəmədə açıqlanacaq. Həyatdı bu. Bir də baxırsan ki, ən güvəndiyin adamlar bıçağı belindən vurur".

Bu an Anar Nağılbaz bu zaman göz yaşlarını saxlaya bilməyib.

Yenidən toy etməyə hazırlaşan Nağılbaz bu barədə də qısa fikir bildirib:

“Mən çox xoşbəxtəm, mənim Aytənim var. Mən nişanlıyam və tezliklə evlənəcəyik, və o məni hər cür qəbul edir".

Sonda reper bildirib ki, videonu yayanlarla bu yaxınlarda məhkəmədə görüşəcək.





Video: Youtube
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri