Bakının mərkəzi prospektlərindən birindəki dairə genişləndirilir

Bakının mərkəzi prospektlərindən birindəki dairə genişləndirilir Bakıda Tbilisi prospektində A.Salamzadə küçəsinin kəsişməsindən Şəfayət Mehdiyev küçəsinin kəsişməsinə qədər təmir işləri həyata keçirilir. Ərazidəki təmir işlərinin yaxın 3-4 gün ərzində başa çatdırılması planlaşdırılır.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, aparılan işlər 235 metr məsafəni əhatə edir. Adıçəkilən ərazidə artıq köhnə asfalt-beton örtüyünün qaşınıb çıxarılması başa çatmaq üzrədir. Paralel olaraq yolda yeni asfalt örtüyü salınır.

Bundan əlavə, həmin ərazidəki dairə genişləndirilir. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, orada yeni dönmə əməliyyatı həyata keçirmək mümkün olacaq ki, bu da tıxacların aradan qaldırılmasına qismən də olsa kömək edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri