Sinəsini çöldə qoyan Mətanətdən onu tənqid edənlərə cavab



Müğənni Mətanət Əsədovanın fotosu sosial şəbəkədə müzakirə mövzusu olub.

LİVE.Az yenicag-a istinadən xəbər verir ki, sənətçinin sinə dekolteli şəkli izləyicilər tərəfindən iradla qarşılanıb. Hər kəs onu tənqid atəşinə tutub. Bir çoxları bu geyimi ona yaraşdırmadıqlarını deyiblər: "Gözəl səsin və sənətin var, amma sinəni belə çöldə qoymaq sənə yaraşmaz".

Açıqlama verən M. Əsədova gözəlliyinin insanlar tərəfindən qıcıqla qarşılandığını deyib:

"Bədən mənim deyil? Necə istəyərəm, elə də geyinib şəkil çəkdirərəm, danışanlar da qələt edir. Məndə olan gözəllik özlərində yoxdur axı... Fotolarımın altından nə yazırlar yazsınlar, onları başa düşmək olar, çünki yanıb-yaxılırlar. Belə də ki, əcəb edirəm. Ağzımı açdırmasınlar".


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri