Oksana Elşad Xose barədə: Biz düşmən deyilik


Bu gün "Səhər-Səhər" verilişinin qonağı olan Oksana Rəsulova Elşad Xose ilə münasibətlərinə aydınlıq gətirib.

Aparıcı Elgizin Oksanaya ünvanladığı "Sizin indi Elşadla münasibətləriniz hansı səviyyədədir?" sualı rəqqasənin maraqlı açıqlamalarına səbəb olub.

Oksana Rəsulovanın Elşad barədə dediklərini təqdim edirik:

"Burada heç br gizlədəcək şey yoxdur. Biz tanınmış simalarıq və insanlara çox maraqlıdır bu məsələ. Eşadla bağlı bir şey deyəcəm, şəxsi münasibətlə bağlı heç vaxt söz açmamışam, nə də kiminsə dalınca danışmamışam və danışmayacam da. Biz artıq 6-cı ildir ki, boşanmışıq və bizim əlaqəmiz bitib. Sənət barədə hardasa dəstək olmuşam. Mənim öz yolum var, onun da tamamilə başqa, öz yolu var. Film çəkilib, dəvət etmişəm. Təbii ki, qonorarın da alıb, havayı çəkilməyib. Ondan sonra bir neçə "proyekt"lər olub ki, mən ona dəstək olmuşam. Biz düşmən deyilik, amma çox insanlar elə bilirlər ki, biz bir yerdəyik və biz sevgi yaşayırıq. Bu, tamamilə belə deyil. O, son 6 ildir ki, yoxdur.




Milli.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri