Azərbaycanda oyun satan futbolçular klubdan qovuldu
- 30.11.2017, 11:36,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması ilə bağlı klub rəsmi bəyanat yayıb.
Live.az APA-ya istinadən xəbər verir ki, adıçəkilən futbolçular danışılmış oyunlarda şübhəli bilindikləri üçün paytaxt təmsilçisi onlarla müqaviləyə bir neçə gün əvvəl xitam verib.
Bəyanatda bildirilir ki, əsas komandanın futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 matçda danışılmış oyunlarda iştirakına şübhələr yaranıb.
Bu səbəbdən 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib.
///
Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusu saxlanılıb.
LİVE.az-ın “Report”a istinadən xəbərinə görə, paytaxt klubunun prezidenti Zaur Axundov məlumat verib.
O bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar.
Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: “Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.