Göyçayda qanunsuz sex aşkarlandı
- 09.07.2013, 17:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan düşes və tərxun içkisinin istehsalı və satışı qadağan edilib.
Bu barədə məlumat ANS-ə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətindən daxil olub.
Xidmətin Yevlax Ərazi İdarəsi tərəfindən Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, sanitariya norma və qaydalara məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir. Müəssisədə istehsal olunan duşes və tərxun limonadları gigiyenik və, məhsulların sınaqlarını aparmaq üçün laboratoriya və ya hər hansısa bir laboratoriya ilə müqavilə yoxdur, məhsulların sınağı aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.