Son günlər reper Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta ifaçının intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib.
Bu gün isə reperin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.
LIVE.Az xəbər verir ki, reperin anası Şərqiyyə Cəbiyeva məsələ ilə bağlı Cebhe.info-ya müsahibə verib.
- Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb?
- Bəli, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyirik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq.
- Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu?
- Hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur.
- Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı?
- Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın? Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur - red.) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan kömək göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayında bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb. Nəvələrimi çox istəyirəm. Məktəb ləvazimatları bizim öhdəmizdədir.
Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü.
- Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır?
- Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir… O deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə, bunların başqa dərdləri vardı.
- Nə problemindən söhbət gedir?
- Bu haqda danışmaq istəmirəm. Nəyə görə ayrılıblar, açıqlamaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda çıxıb televiziyaya, onların həyatını danışmayacağam ki?! Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar. Yəni deməyim odur ki, belə şayiələr atırsa, bizdə çoxlu faktlar var. Ayıbdır, yalandan şayiə yayıb, insanı bu günə qoymaq olmaz.
Anarın yerinə bir başqası olsa, bundan da pis günə qalar. 20 ildir ki, rep sənəti ilə məşğuldur. Onu bu formada yerə vurmaq olmaz. Anar ağıllı-savadlı oğlan olub. Hələ 4 yaşından hərfləri özü öyrənib, yazıb. Heç kim ona yazıb-oxumağı öyrətməyib. Şeirlər kitabı çıxıb. Oğlum haqqında deyilənlərin heç birinə layiq deyil. Bu şayiəni çıxaran adama ayıb olsun. Bəs o, fikirləşmir ki, uşaqları böyüyür? Onlara mənəvi zərbə vurur, adlarına xələl gətirir. Heyif, mənim nəvələrimə… Gecə-gündüz nəvələrim üçün ağlayıram. Allah heç bir nənəni-babanı nəvələrindən ayırmasın (ağlayır). Böyük dərddir, belə şayiə yaymaq düzgün deyil. O uşaqlar bizim yanımızda doğulub, böyüyüb, necə ola bilər ki, onları istəməyək?
- Qeyd etdiniz ki, Anar Nağılbaz hazırda işsizdir. Yanılmıramsa, 2013-cü ildə o, Qaraçuxurda yerləşən mədəniyyət evində müdir müavini vəzifəsinə təyin olunmuşdu. Bəs o iş necə oldu?
- Hə, doğrudan da mədəniyyət evində işləyib. Yaşlı adamam, unutmuşam. Orada işləyən vaxtlarında, hətta yoldaşını da arada özü ilə işləməyə aparırdı.
- Belə bir şayiə dolaşır ki, Anar Nağıbaz ölkədən getmək istəyib. Məhz Avropa ölkələrindən birindən sığınacaq istədiyinə görə onu indi “vururlar”…
- Anarın harasa getmək fikri olmayıb. Hətta indi də heç yana getməyib, hazırda evdədir. Mənə də gətirib, bəzən o xəbərləri göstərirlər ki, guya Anar bu söz-söhbətlərdən sonra ölkədən çıxıb gedib. Mənim də ürəyim xəstədir, yüksək təzyiqim var, yaşlı adamam. Oxuyuram, halım pisləşir. Anar heç yerə getməyib, evindədir. Arada olur ki, səhhəti ilə bağlı müalicə olunmağa getmək istəyib. Amma ölkəni birdəfəlik tərk etmək haqqında düşünməyib.
- Yayılan videoya və keçmiş gəlininizin ittihamlarına görə hüquq-mühafizə orqanlara müraciət edəcəksiniz?
- Sözün düzü, biz də bu məsələnin üstünə düşmüşük. Haqq-ədalət bərqərar olmalıdır. Kim düzgün danışmayıb, şər atıb, cəzasını almalıdır. Yanlışlıq oğlumdadırsa, cəzasını almalıdır. O qız düzgün hərəkət etməyib, çıxıb yalandan şayiələr yayıbsa, cəzasını çəkməlidir.
- Bəs uşaqlar bu məsələyə necə reaksiya göstərirlər?
- Onlar hələ balacadır. Qızın 5 yaşı var, oğlan isə üçüncü sinifdə oxuyur. Böyüyüb başa düşərlər. Nəvələrim bizi çox istəyir, ayrıla bilmirlər. Uşaqlar hələ körpədir, başa düşmürlər. Onlar böyüyəndən sonra anlayacaqlar ki, ata ilə ana hansı səbəbə görə ayrılıb. Anar pisdirsə, niyə Anjelika onun soyadını daşıyır?