Hadisə fransalı oğlanla eşq yaşayır
- 02.12.2017, 09:33,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Hadisənin "Sıfır Tolerens" klipində kamera önünə keçən fransalı model Aurelien Muller ilə eşq yaşadığı iddia edilirdi.
Türkiyə medias xəbər verir ki, Hadisənin bacısı Hülya Açıkgöz eşq xəbərləri haqqında maraqlı açıqlama edib.
Qeyd edək ki, "Star TV"-də yayımlanan "Duymayan Kalmasın" proqramında 32 yaşlı müğənninin klipdə sevgilisini canlandıran Muller ilə Nyu-Yorkda tətilə yollandıqları deyilmişdi.
Gözəl ifaçı bu iddialar qarşısında səssiz qalmağa üstünlük vermişdi. Bir məkanın çıxışında görüntülənən Hadisənin bacısı Hülya Açıkgöz isə "Hadisə və Aurelien hal-hazırda tanışlıq mərhələsindədirlər. Hadisə xoşbəxt olacaqsa, niyə də olmasın?" deyərək cütlüyün birlikdə olduğunu ilk dəfə təsdiq etmiş olub.
*
Hadisə erotik klipi ilə gündəmdə