Aygün Kazımova 30 illik səhnə fəaliyyətinin ən pozitiv layihəsini həyata keçirib.
LİVE.az xəbər verir ki, xalq artisti "Cücələrim" adlı mahnını öz repertuarına daxil edib.
Aygün Kazımova bildirib ki, bu mahnıya sevgisi uşaqlığından bu günə kimi davam edir və məktəbdə oxuyarkən "Cücələrim" ansamblının baş cücəsi olub.
"Cücələrim" layihəsi üçün Aygün Kazımova xüsusi fotosessiya və musiqili video rolik də hazırlayıb.
Fotoların müəllifi Orxan Aslanov, back stage isə Kamran Aydınova aiddir.
Layihənin art direktoru Anar Hüseynovdur.
Xatırladaq ki, "Cücələrim" mahnısının bu il 70 illiyi tamam olur. Dünyanın ən məşhur uşaq mahnılarından birindir. Yeganə Azərbaycan mahnısıdır ki, dünyanın 40 dilinə tərcümə olunaraq ifa olunub.
Qeyd edək ki, "Cücələrim" mahnısının musiqisi Qənbər Hüseynli, sözləri isə Tofiq Mütəllibova aiddir.