Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb
- 09.07.2013, 19:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın Odessa vilayətində "SOCAR" brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara buraxılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Odessada sayca 9-cu belə YDM olan bu obyekt "SOCAR Ukraine" şirkətinin strukturuna daxil olan "Transoil Company" MMC tərəfindən istifadəyə verilib. Yeni məntəqə böyük nəqliyyat axınına malik dairəvi yolun üzərində yerləşdiyi üçün burada həm minik, həm də yük maşınları üçün rahatlıq yaradacaq əlavə xidmətlər (təkərlərin doldurulması, maşının su ilə təchiz edilməsi və s.) tətbiq olunur. Müştərilər həmçinin internet və digər xidmətlərdən də pulsuz istifadə edə biləcəklər.
Uzaq məsafə qət edən böyük həcmli yük maşınlarının sürücülərinə YDM-də gecələmək və ya istirahət etmək üçün hər cür şərait yaradılıb. Məntəqədə beş ədəd ikitərəfli yanacaqpaylayıcı kolonka quraşdırılıb ki, bu da eyni zamanda on avtomobilə yanacaq doldurulmasına imkan verir. Burada müştərilərə Litva, Polşa və Belarusun neft emalı zavodlarında istehsal olunub, Avro-4 və Avro-5 standartalarına uyğun yüksək keyfiyyətli benzin və dizel yanacağı təklif edilir. Neft məhsulları assortimentinə A-92, A-95 benzinləri, həmçinin Nano-95 və NanoDiezel yanacaqları daxildir.
Beləliklə, Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.