Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.
F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda "Mançester Siti"yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.
E qrupunda isə "Liverpul" "Spartak"ın daşını daş üstə qoymayıb - 7:0. İngilislərə qoşulan ikinci komanda isə "Maribor"la heç-heçə oynayan "Sevilya" olub.
G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.
Çempionlar LiqasıQrup mərhələsi, VI tur6 dekabr E qrupu“Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya) - 1:1Qol: Tavares, 10 - Qanso, 75
“Liverpul” (İngiltərə) - “Spartak” (Rusiya) - 7:0Qollar: Koutinyo, 4, 15, 50, Firmino, 19, Mane, 47, 76, Salah, 86
1. | Liverpul | 6 | 3 | 3 | 0 | 23-6 | 12 |
2. | Sevilya | 6 | 2 | 3 | 1 | 12-12 | 9 |
3. | Spartak | 6 | 1 | 3 | 2 | 9-13 | 6 |
4. | Maribor | 6 | 0 | 3 | 3 | 3-16 | 3 |
F qrupu“Feyenoord” (Hollandiya) - “Napoli” (İtaliya) - 2:1Qollar: Yorgensen, 33, Sent Cust, 90+1 - Zielinski, 2
“Şaxtyor” (Ukrayna) - “Mançester Siti” (İngiltərə) - 2:1Qollar: Bernard, 26, İsmaili, 32 - Aquero, 90+2
1. | Mançester Siti | 6 | 5 | 0 | 1 | 15-4 | 15 |
2. | Şaxtyor | 6 | 4 | 0 | 2 | 9-9 | 12 |
3. | Napoli | 6 | 2 | 0 | 4 | 11-11 | 6 |
4. | Feyenord | 6 | 1 | 0 | 5 | 5-14 | 0 |
G qrupu“Porto” (Portuqaliya) - “Monako” (Fransa) - 5:2Qollar: Abubakar, 9, 33, Brahimi, 45, Telles, 65, Soares, 88 - Qlik, 61, Falkao, 78
“Leypsiq” (Almaniya) - “Beşiktaş” (Türkiyə) - 1:2Qollar: Keyta, 87 - Neqredo, 10 (pen.), Talişka, 90
1. | Beşiktaş | 6 | 4 | 2 | 0 | 11-5 | 14 |
2. | Porto | 6 | 3 | 1 | 2 | 15-10 | 10 |
3. | Leypsiq | 6 | 2 | 1 | 3 | 10-11 | 7 |
4. | Monako | 6 | 0 | 2 | 4 | 6-16 | 2 |
H qrupu“Tottenhem” (İngiltərə) - APOEL (Kipr) - 3:0Qollar: Llorente, 20, Son, 38, Nkudu, 80
“Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 3:2Qollar: Mayoral, 8, Ronaldo, 13, Lukas, 81 - Obameyanq, 43, 49
1. | Tottenhem | 6 | 5 | 1 | 0 | 15-4 | 16 |
2. | Real Madrid | 6 | 4 | 1 | 1 | 17-7 | 13 |
3. | Borussiya D. | 6 | 0 | 2 | 4 | 7-13 | 2 |
4. | APOEL | 6 | 0 | 2 | 4 | 2-17 | 2 |
Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.
Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.
Qrup üçüncüləri, Avropa Liqasında 1/16 finala keçənlər: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.
APA