Tolik: "Bizim evdə qalmış qızlarımız orada bir qışqırırdılar ki..."


Noyabrın 30-u Bakıda "Kardeşim benim 2" filminin qala gecəsindən yəqin ki, xəbərsiz olan yoxdur.

Burak Özçivit və Murat Bozun baş rollarını bölüşdüyü komediya filmindən sonra ən çox danışılan məsələlərdən biri sözügedən kinoda səhnə alan azərbaycanlı aktyor Kamran Ağabalayevin Bakıdakı qala gecəsinə dəvət olunmaması olub.

Bu barədə sosial şəbəkələrdə günlərdir tənqidi fikirlər səslənir.

Bu gün "Lider" telekanalında "Bu bizik" verilişinin aparıcısı Tolik də məsələyə laqeyd qalmayıb.

Prodüserin aqressiv çıxışını təqdim edirik:

"Tanımıram o aktyoru. Bu yaxınlarda türk aktyoru qala gecəyə gəlmişdi e... Qızlar yenə özünü "lezvaladı". Bizim aktyor Kamran da o filmdə çəkilib. Onu Bakıdakı qalaya dəvət etməyiblər. Amma bu türk aktyor gəlib bura. Bizim də evdə qalmış qızların bəziləri orada bir qışqırmaq, bir özlərini öldürmək ki... Hələ qızlar cəhənnəm, orada elə oğlanlar gördüm ki. Bu, bizə olan hörmətsizlikdir. Mən olsaydım, jurnalist həmin tədbiri boykot edərdim".




Milli.Az 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri