Səidə Natavanla Dadonun boşanmasından danışdı

Müğənni Səidə Sultan Natavan Həbibi və Səid Əliyevin boşanmasından danışıb.

 Səidə müğənni Lətifə Soyuözün onları kinoteatrda görməsinə münasibət bildirib.

O deyib ki, Natavanla Dadonun evliliyi saxta olmayıb:

"Mən Natavanı 2013-cü ildən, "W trio"ya gələndən tanıyıram. Səidi isə 2008-ci ildən, onunla duet oxuyandan tanış olmuşam. Odur ki, onlar arasında münasibəti sizə olduğu kimi çatdıracam. Mən də fikirləşdirdim ki, Natavanla Səid başqa-başqa adamlardır və heç kəsin gözləmədiyi bir anda onların evliliyi məni də çaşdırdı. Sadəcə onlar arasında münasibət aylar öncə başlayıb, amma bunu gizlədiblər və evlilik qərarına gəldikdən sonra mediaya açıqlayıblar. Onlar evləndikdən sonra tez-tez qonaqları olurdum. Evdəki vəziyyəti görürdüm. Münasibətləri saxta deyildi. Səidin evin kişisi kimi hökmü var idi, Natavan da bir xanım olaraq yoldaşına hörmət edirdi. İndiki vəziyyətdə Natavanla Səid susur, amma onların yerinə bu münasibəti içində olub bitmiş kimi danışanlar çoxdur.

Lətifə deyir ki, guya Natavanla Səid özlərini reklam edirlər, iki gün əvvəl kinoteatrda olublar. Natavan da, Səid də param-parçadırlar. Siz isə camaata yalan məlumat verirsiniz. Sonra da deyirsiz, Natavan 100 minə toy edib, 80 mini cibinə qoyub, 20 mini Dadoya verib. Vicdan yaxşı şeydir. Onların nə çəkdikləri, nə yaşadıqlarını mən görürəm. Düz danışın!"


axşam.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri