Bakıda məcburi eniş edən Boeing-777 uçuşa hazırdır
- 12.12.2017, 09:22,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Bakıda məcburi eniş edən "British Airways" aviaşirəktinə məxsus "Boeing-777" təyyarəsi uçuşa hazırdır.
LİVE.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Aeroportdan onu da əlavə ediblər ki, bununla belə, aviaşirkət uçuş haqqında hələ qərar qəbul etməyib:
"Sərnişinlər əvvəlki kimi Heydər Əliyev Beynəlxalq Hava Limanının tranzit zonasında gözləyirlər. Onlar lazımi qida və içkilərlə təmin ediliblər. Uçmaq barədə qərar qəbul edilməməsinin səbəbi odur ki, ekipaj üzvlərinin iş saatı bitib və onlar istirahət etməlidirlər. Biz ekipaj üzvlərini oteldə yerləşdirə bilərik, lakin yerləşmək və yaxud yenidən uçmaq barədə qərarı aviaşirkət verməlidir".
Ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib.
Boeing-777 təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub.
///
12/12/17
23:03
"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib. Təyyarə Mumbay-London reysini yerinə yetirirdi.
LİVE.Az bildirir ki, bu barədə Trend-ə hava limanından xəbər veriblər.
Qeyd olunur ki, eniş pilot kabinəsinin tüstülənməsi səbəbindən edilib.
"Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.