Azərbaycan regionlarında qaz abonentlərinin 100 faizi sayğaclaşdırılıb
- 10.07.2013, 00:31,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, iyulun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 553 321-ə çatıb ki, bunların da 1 534 460-ı əhali, 18 861-i isə qeyri-əhali abonentidir.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 678 157-si Bakı şəhəri (668 372 əhali, 9785 qeyri-əhali abonenti), 875 164-ü isə regionların (866 088 əhali, 9076 qeyri-əhali abonenti) payına düşür.
Ümumilikdə 1 553 201 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1 534 340-ı əhali (99,99 faiz), 18 861-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 668 268 əhali abonenti (99,98 faiz), 9785 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 866 072 əhali abonenti (100 faiz) və 9076 qeyri-əhali abonenti (100 faiz).
Bakı şəhəri üzrə cəmi 678 053 abonent (99,98 faiz), regionlar üzrə isə 875 148 abonent (100 faiz) sayğaclaşdırılıb.
1 iyul 2013-cü il tarixinə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 766 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb.