Röya Nigara Camala söz atdı: “Onun bağırtısını görüb şoka düşdüm”


“Altın kelebek” mükafat mərasimində iştirak edən iki məşhur müğənnimiz: əməkdar artist Röya Ayxanla “Eurovision 2011” qalibi Nigar Camal arasında qalmaqal yaranıb.

Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nigarın instaqramda fotolarını paylaşaraq Röyanı mükafat alması münasibəti ilə təbrik etməsi qarşı tərəfi əsəbiləşdirib.

Əməkdar artisti həmkarının Türkiyədə yox, sosial şəbəkədə onu təbrik etməsinə etiraz edib.

“Siz fotonu görürsünüz? Bunlar kimi olmadığım üçün üzümdəki ifadədən hər şeyi anladınız yəqin. Yox? O zaman deyim. Mən bu qızı (Red:Nigar Camal) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm. Niyə? “Ay Anar Ağakişiyev, bir şeymi var, ya da nəsə oldu” deyə, soruşdum. Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (red:İradə İbrahimova) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə. İndi burada bala kamaz ana kamaza yol göstərir?”.

Röya daha sonra “Altın kelebek”də saç və makiyajını özünün etməsi məsələsinə toxunub.

O, instaqramda stilist Anar Ağakişiyevlə videosunu paylaşaraq Nigara söz atıb:

“Anar, utandın, gəldin yanıma? Olsun, biz bacarıqlıyıq. Sevinirəm ki, yenə də yanımdasan.Üç-dörd bacarıqlı dostlarım var. Amma ən lazımlı anda işləri çıxır. Ya da sənin kimi "padruqamla" gələrsən... O da elə bil yasa gəlmişdi".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri