Nigar Röya ilə qalmaqalından yazdı
- 12.12.2017, 19:01,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Eurovision- 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın əməkdar artist Röya Ayxana cavabı gecikməyib.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni əməkdar artistdən fərqli olaraq qalmaqal yaratmaq istəmədiyini bildirib.
“Röya “Altın Kelebek” mövzusuyla bağlı ne deyibsə, canı sağ olsun! Mən bir daha təbrik edirəm! Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girməyəcəm. Röyanı və Röya sevərləri təbrik edirəm!”.
Qeyd edək ki, “Altın kelebek” mükafat mərasimində iştirak edən iki məşhur müğənnimiz arasında qalmaqal yaranıb. Belə ki, Nigarın İnstaqramda fotolarını paylaşaraq Röyanı mükafat alması münasibətilə təbrik etməsi qarşı tərəfi əsəbiləşdirib. Əməkdar artist həmkarının Türkiyədə yox, sosial şəbəkədə onu təbrik etməsinə etiraz edib.