Gülbən şikayət etdi, 3 veriliş cəzalandırıldı
- 12.12.2017, 19:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Televiziya Şurası (RTÜK) ölkənin ən məşhur üç proqramını cəzalandırıb.
Live.az-in qafqazinfo-ya xəbər verir ki, Şura Star TV-də yayımlanan “Duymayan kalmasın”, Beyaz TV-də efirə çıxan “Söylemezsem olmaz” və Em TV-nin “Hər şeyi konuşalım” verilişlərinə pul cəzasının verilməsi barədə qərar qəbul edib.
Sözügedən verilişlərdə Gülben Ergenin boşanmağı barədə məlumatlar verilib və sənətçinin eks-əri Mustafa Ərdoğan haqqında ağır ittihamlar səsləndirilib.
Hər iki məşhur RTÜK-ə şikayət məktubu yollayıb və Şura həmin müraciəti dəyərləndirib.
“Duymayan kalmasın”a 207 min TL, “Söylemezsem olmaz”a 32 min 454 TL və “Hər şeyi konuşalım”a 14 min 908 lirə pul cəzası verilib.