Səudiyyə Ərəbistanında 35 ildən sonra kinoteatrlar açılır


Səudiyyə Ərəbistanında 35 ildən sonra ictimai kinoteatrlar yenidən açılacaq.

Krallığının mədəniyyət və informasiya naziri Avad bin Saleh Al-Avadın sözlərinə görə, artıq lisenziyaların verilməsi başlayıb. Açılış gələn ilin mart ayına planlaşdırılıb.

Xatırladaq ki, Krallıqda filmlərin kütləvi nümayişi 1980-ci illərdə qadağan edilmışdi. Din xadimləri isə gəncləri ictimai və əyləncəli tədbirlərdən imtina etməyə çağırırdılar. Mədəniyyət Nazirliyində bildiriblər ki, kinoteatrların açılması "iqtisadi artım və diversifikasiyanın katalizatoru olacaq".



Şərhlər
Dünya bölməsinin xəbərləri