FED uçot dərəcəsini artırıb
- 13.12.2017, 22:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.
Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
///
FED bu gün uçot dərəcəsini qaldıracaq
13/12/17
09:51
“Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsinin 0,2 % qaldırılmasına dair qərar qəbul edəcək. Qərar Amerika iqtisadiyyatının böhrandan sonra artıq bərpa olunduğunu təsdiqləyərək, sahibkarlara sərmayələri inkişafda olan bazarlara daha fəal yatırmağa çağıracaq. Benefisiar qismində həmçinin Rusiya çıxış edəcək. Rusiya Mərkəzi Bankı dərəcəni azaldaraq bu prosesə əlavə təkan verəcək”. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə maliyyə mütəxəssisləri bildiriblər.
FED-in dekabr iclasının yekunları dekabrın 13-də yerli vaxtla 14.00-da açıqlanacaq (Bakı vaxtı ilə 23.00-da). Daha sonra FED rəhbəri Cannet Yellen bu vəzifədə sonuncu mətbuat konfransını keçirəcək.
Qeyd edək ki, dekabrın 5-də Senatın bank komitəsi FED rəhbəri vəzifəsinə Cerom Pauelin namizədliyini təsdiqləyib.