Misir müxalifəti yeni Konstitusiya bəyannaməsini rədd edib
- 10.07.2013, 09:55,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Misir müxalifəti ötən gün ölkənin müvəqqəti prezidenti Ədli Mənsur tərəfindən təsdiqlənmiş yeni Konstitusiya bəyannaməsini dəstəkləməyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəd ölkənin yeni Əsas qanununu iki həftə ərzində hazırlanması üçün Konstitusiya Assambleyasının çağırılmasını və Konstitusiya bəyannaməsinin nəşr olunduğu tarixdən 6 ay sonra prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.
Bir neçə gənc dünyəvi liberal-demoktatik partiyaları özündə birləşdirən Milli Qurtuluş Cəbhəsi Misirin ən güclü siyasi müxalifət qüvvəsi sayılır. Hərəkatın rəhbərləri Ərəb Dövlətləri Liqasının keçmiş rəhbəri Əmr Musa və BAEA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradei kimi tanınmış ictimai xadimlərdir.
“Röyters”in məlumatına görə, Milli Qurtuluş Cəbhəsi sənədə dəyişikliklər edilməsinin vacibliyini qeyd edib. Lakin dəyişikliklərin mahiyyəti barəsində məlumat verilmir.