Röya Ayxandan maraqlı mesaj "Mənimlə işiniz olmasın! Dəli adamam"



"Altın kelebek" mükafatlandırma mərasimi bitsə də, onun ətrafında yaranan mübahisələr bitmək bilmir.


LİVE.Az xəbər verir ki, Nigar Camal və Röya Ayxan arasında yaranan savaş sonradan birazda alovlanıb.


Məsələyə münasibəti "İnstaqram" hesabından verən Nigar qalmaqalın onluq olmadığını bildirib və bu sözləri yazıb:


"Əziz dostlar, "Altın Kelebek" mövzusu ilə bağlı nə deyibsə, canı sağ olsun. Mən bir daha təbrik eləyirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girmirəm. Röyanı və Röya sevərləri təbrik edirəm".

Röya Ayxan isə, öz növbəsində, onu dəstəkləyən Nura Suriyə "İnstaqram" story bölməsindən cavab verərək, Nigar və İradə İbrahimova barədə fikirlərini dilə gətirib:


"Gözəlim, nə onunla, nə də bununla işim oldu. Heç ola da bilməz. Amma mən bu günə qədər heç birinə dayandığım yerdə söz demədim. Özləri aldanıb, 200 min pul verib, iş görə bilməyiblərsə (red - Nigar Camal), mənim günahım deyil. Türkdə ərdə olan xanım, türkü əzə bilməz, bəs niyə övladı var? (red - İradə İbrahimova) Yeri gəlsə, sizə görə həyasız mənəm, amma Nigarın camaat içində Anara bağırıb "Bunu niyə bura çağırdın?" deməyi normaldır".


Başqa bir "story"də isə Röya yazıb: "Mənimlə işiniz olmasın, dəli adamam. (smaylik) Gərək kağız göstərim?"


////


Röya isə son həftələrdə qalmaqallara sanki can atır. Əvvəlcə Röya jurnalistlərlə görüşü zamanı F. Ağayevin “Azərbaycanda 3 müğənni konsertdən real gəlir və izləyici toplayır ki, onlardan biri də mənəm” sözlərinə münasibəti sərt olub. Röya cavab olaraq deyib ki, "Birinci elə özüməm, ikincini axtarıram". ( Xəbər: Faiq Ağayevlə Röya Arasında qalmaqal )



Sonra Əməkdar artist Röya Ayxanın radio və televiziya kanalları ilə bağlı alovlu çıxışı geniş rezonans doğurmuşdu. Klip kanalının və televiziyalarda klip saatlarının olmamasından şikayətlənən müğənniyə  sərt çıxışlar etmişdi. ( Xəbər: Röya Ayxan radioları tənqid etdi: İfaçılardan dəstək gəldi )



Daha sonra İradə İbrahimovanın "ATV maqazin onlarla" verilişindəki çıxışından sonra qalmaqal yaşanıb və Röya cavab olaraq onu "İradə xala" adlandırmışdı. ( Xəbər: Röya: “İradə xala kimilərinin “quş”ları…” )


İndi isə Röya Nigar Camalın "Altın kelebek"də Röyanı üzbə-üz təbrik etməməsindən sonra başlayıb, baxmayaraq ki, Nigar Röyanı instaqramda təbrik mesaji yerləşdirib. ( Xəbər: Röya Nigara Camala söz atdı: “Onun bağırtısını görüb şoka düşdüm” )













  
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri