Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, onun barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Məlumata görə, Səbinə Hüseynova tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı olub. R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb. Daha sonra S.Hüseynova növbəti məhkəmə proseslərinə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsi, barəsində axtarış elan olunması qərarı çıxarıb.
Saxlanılan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.
///
Dizayner Səbinə Hüseynin həbs olunub
22:21 13/12/17Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib.
Live.az-ın Report`a istinadən verdiyi məlumata görə, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib. Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.
Tutulan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.