Müğənni Günay İbrahimli Yeni il günü səhnəyə çıxmaq qarşılığında 10 min manat qonorar istəməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc ifaçı “Şou məkan” verilişinə açıqlamasında məsələyə aydınlıq gətirib. O, təzə il günü qonorarın özəl olduğunu bildirib:
“Adi günlərdə yarım saatlıq vaxtımı bilənlər bilir ki, neçədir. Yeni il günü özəl gündür, təbii ki, qiymət də özəl olmalıdır. Çağıran çağırsın, çağırmayanın da canı sağ olsun. Hamı çalışır, pul qazanmaq istəyir. Bilirsiniz ki, qazandığımız pulun yarısını işimizə xərcləyirik. Mən neçə illərdir bu sənətdəyəm. Əlbəttə, bu sənətdən gələn qazancımı da sevməliyəm”.
Xatırladaq ki, “Hər şey daxil” verilişində məşhurların toy qiyməti barədə müzakirə aparılmışdı. Efirdə G. İbrahimlinin Yeni il günü çıxış üçün 10 min manat istədiyini qeyd etmişdilər.
Prodüser Tarix Əliyev (Tolik) isə Günayın bayramı sevgilisi ilə keçirmək istədiyini, bu səbəbdən baha qiymət açıqladığını bildirib.