Bakıda aeroport yolunda sərnişin avtobusu ilə minik maşını toqquşdu, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakıda aeroport yolunda sərnişin avtobusu ilə minik maşını toqquşdu, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb Bu gün səhər saat 8.10 radələrində aeroport şossesində ağır yol qəzası baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aeroport şossesində sərnişin avtobusu ilə minik maşını toqquşub.

Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən şəxslərin 2-si kişi, 1-i qadın olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş 2 nəfər 19 yaşlı Kərimli Vüqar Elçin oğlu və 25 yaşlı Kərimov Elçin Afər oğludur.

Qeyd edək ki, bazu oynağının sınığı ilə xəstəxanaya daxil olan Vüqar Kərimli Dövlət İqtisad Universitetinin tələbəsidir. O, bu gün səhər universitetə kəsirini düzəltmək üçün gedirmiş.

Elçin Kərimovun isə budunda sınıq olub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məluma görə, qəza nəticəsində dünyasını dəyişənlərin 1980-ci il təvəllüdlü Fariz Rəşid oğlu Məmmədov, 36 yaşlı Tahirə Əyyub qızı Məmmədova və 1989-cu il təvəllüdlü Famil Yəhya oğlu Adıgözəlov olduğu məlum olub.

Polisdən həmçinin bildirilib ki, baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.




live.az
Şərhlər
Hadisə bölməsinin xəbərləri