Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı artıb


"2017-ci ilin 11 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayında 20% artım müşahidə edilib”.

 

LİVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu mədəniyyət  və turizm nazirinin müavini Nazim Səmədov deyib.

 

Nazir müavini qeyd edib ki, cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub: “Ölkəmizə əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları səfər ediblər”.
Şərhlər
Sosial bölməsinin xəbərləri