Orxan Lökbatanlı, Aydın Xırdalanlı və Rəşad Dağlının iştirak etdiyi məclisdə Ə.Yasamallı reperin bu yaxınlarda yayımlanan porno videosundan bəhs edərək, ona söz atıb. Qarşı tərəfin cavabı özünü çox gözlətməyib.
LIVE.Az-ın xəbərinə görə, Yenicag-a açıqlama verən Nağılbaz meyxanaçıya səslənib:
“O meyxanaçıların hərəsi ilə tonla çörək kəsmişəm. Hətta bəziləri ilə məhəllə uşaqları olmuşuq. Bir işi dəqiqliklə bilməmiş, baltalamaq namərdlikdir. Hərə öz qabında axtarsın. Videonun yalan, düzəltmə, uydurma və illərdir ki, planlaşdırıldığını eşidəndə üzümə necə baxıb salam verəcəklər? Sonda dost-qardaş, tanışlar da ələkdən keçdi. Mən alnıaçığam. Ələkbər, Yasamalda mənim üçün “çırtma” ilə meyxana deməyini yadına sal”.