"Moody's" "Bank VTB (Azərbaycan)"ın reytinqini geri çağırıb
- 20.12.2017, 12:36,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Moody's” beynəlxalq reytinq agentliyi "Bank VTB (Azərbaycan)" ASC-nin reytinqini geri çağırıb.
APA agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, “Moody's” bundan sonra bankın depozit reytinqi, baza kredit qiymətləndirilməsi, risk qiymətləndirilməsi ilə bağlı reytinq verməyəcək.
Reytinqin geri çağırılmasının maliyyə məsələləri ilə bağlı olduğu bildirilib.
"Bank VTB (Azərbaycan)" ASC-nin nizamnamə kapitalı 50,815 mln. manatıdır. Bankın səhmdarları "Bank VTB"(51%), "Bank VTB24" (48,9999%) və bir fiziki şəxsdir (0,0001%).