“Eurovision 2011”-in qalibi Nigar Camal bu günə qədər plastik əməliyyat etmədiyini deyib.
LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, barəsində deyilən “hər yeri selekondur” sözləri yalandır: “Kimin öz bədəni ilə problemi varsa, bunu mənim üstümə yıxmasın. Nə edim ki, mənim bədənim belə qəşəmgdir? Hər şey özümünküdür. Selekon yoxdur. Bu günə qədər əməliyyatım olmayıb. Başqa nə deyim?”
Qeyd edək ki, əməkdar artist Röya Ayxan N.Camalla qalmaqal edən zaman ona “Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı” sözlərini demişdi.