Nigar Camal: Biz Röya ilə rəfiqə olmamışıq



Biz Röyayla heç vaxt yaxın rəfiqə olmamışıq. Bizim həmişə yaxşı münasibətlərimiz var idi. Ona qarşı çox yaxşı idim.

Bu sözləri son zamanlar adı əməkdar artist Röya Ayxanla qalmaqalda hallanan "Avroviziya"nın qalibi müğənni Nigar Camal ARB TV-nin "Günə son" proqramına açıqlaması zamanı deyib.

Hətda ilk dəfə Röyanın ona zəng etdiyi bildirən sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib:

"O, özü mənim nömrəmi tapmışdı. Zəng edib dedi ki, mənimlə duet oxumaq istəyir. 2-3 dəfə görüşdük, oturduq, danışdıq, "vsyo". Amma duet baş vermədi".

Duetin nə üçün ərsəyə gəlməməsinə isə Nigar Camal susqunluqla cavab verib:

"Mən bununla bağlı heç bir şey demək istəmirəm. Sadəcə, deyə bilərəm ki, mən sevmirəm insanın qarşısına nəsə çıxartmağı. Mənim nə isə xoşuma gəlmədikdə, həmin insandan sakitcə uzaqlaşıram".

Bunlarla yetinməyən sənətçi Röyanın ona "Hara getsəm özümlə aparırdım" fikrinə də münasibət bildirib:

"Xeyr. Mən bu insanla haradasa 2-3 dəfə oturub danışmışam. Biz çox fərqli insanıq. Bizim həyata baxışımız, həyat tərzimiz fərqlidi, bizim psixologiyamız fərqlidi, biz tam fərqli həyat yaşayırıq".

Röyaya zəng etmiyəcəyini də vurğulayan müğənni bu fikrinə də aydınlıq gətirib:

"6 il ərzində heç bir kəslə problemim, qalmaqalım olmayıb. İndi özünüz fikirləşin. Onun mənimlə problemi olub. Zəng edərdi, danışardıq, uşaq deyilik ki. Mənə də gəlib çox şey danışırdılar Röya ilə bağlı. Amma susurdum, açıqlama vermirdim. Mənə gülünc gəlir".

Həmkarından gileylənən Nigar Camal ona tərif yağdırmağı da unutmaydı:
 
"Röya, sən bu Azərbaycan səhnəsinin ən parlaq ulduzusan. Ən sevimli qadın ifaçısan. Bu "Altın kelebek" mükafatının dadını çıxart".

Sonda özündən də söz açan sənətçi "Mən Azərbaycan bayrağını bütün Avropada qaldıran, ucaldan "Avroviziya"nın qalibiyəm. Kim nə deyir desin, mən Azərbaycanın tarixinə düşmüşəm və bu tarixdə də Nigar Camal kimi də qalacam" deyərək, fikirlərinə yekun vurub.



Videonu izləmək üçün şəklə klikləyin:

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri