Babək prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır


Babək prospektində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

 

Agentlikdən APA-ya verilən məlumata görə, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.

 

Beləliklə, əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, nəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.

 

“Sürücülərdən sözügedən hissədə diqqətli olmaları xahiş olunur və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri