Nigar Camal: “Mənim adım artıq tarixə düşüb” [Video]


“Eurovision 2011”in qalibi Nigar Camal onun sənətdə qazandığı uğurlara kölgə salan insanlara səslənib.


LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, onun adı Azərbaycanın tarixinə düşüb:


“2011-ci ildə biz qalib olanda bir çox insanlar yatmamışdılar. Bayıra çıxıb bizim qalibiyyətimizin sevincini yaşayan insanlar indi bizim uğurumuza dırnaqarası baxır. İndi 6 ildən sonra nə oldu? Nə dəyişdi? Kaş ki, hər müğənni 1 ilin içində həm “Eurovision”u qazansın, həm də digər uğurlara sahib çıxsın. Xocalı ilə bağlı ən böyük layihədə mənim adımla bağlıdır. Heç kim indi bu barədə danışmır. Mənim səsimi sevmirsən, qulaq asma. Mən demirəm kİ, “Nömrə 1” müğənniyəm. Amma mən tarixə düşmüş insanam”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri