Röya Aygün Bəylərə cavab verib

Qalmaqal bitmək bilmir. Əvvəlcə Röya-İradə qalmaqalı olan, sonra Röya-Nigar qalamalına çevrilən, daha sonra böyüyüb Röya-Nigar-İradə qalmaqalına çevrilirilib. Bu münaqişəni deyəsən şərh etməyən qalmayıb!


Live.az xəbər verir ki, Ancaq əməkdar artist Aygün Bəylərin açıqlaması onu bu qalmaqalın bir hissəsi edib.  Aygün Bəylər ARB telekanalında yayımlanan “Səhər səhər” verilişdə qonaq olub və Röya Ayxan və Nigar Camal müzakirəsinə sərt açıqlama verib.


Aparıcı Elgiz Əkbərin Rpya Ayxanı sənətkar adlandırmasından əsəbləşən Aygün Bəylər etirizanı bildirərək Röyanın mahnıları və səsini bəyənmədiyini söyləyib.


Əməkdar artist Röya Ayxan da məsələyə münasibət gecikməyib.


PrimeTime.Az-a açıqlama verən ifaçı həmkarı ilə aralarındakı soyuqluğun illər öncə yarandığını dilə gətirib:


“Bir məclisdə üz-üzə gələndə ondan soruşdum ki, Aygün mənimlə nə problemin var? Niyə mənə nifrət edirsən? Cavab verdi ki, sən məni görüb salam verməmisən.


Ona dedim ki, mən elə tərbiyəsizlik etmərəm. Ola bilər ki, fikirli olmuşam. Əgər səbəb budursa mən səndən üzr istəyirəm. Məsələ bitdi? Rahatladın? Həmin vaxt orada çox hörmətli 5 insan var idi. Amma bilirdim ki, məsələ tək bu deyil. Aygünə demək istəyirəm ki, çalışsın qızının taleyi hər kəsdən yaxşı olsun. Allah övladını xoşbəxt eləsin”.


Belə görünür, Nigar Camal Röyaya cavab "yumuşaq" olduğu kimi, Röyanında Aygün Bəylərə cavabı "yumuşaq" olub. 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri