Bakıda avtomobillər təmir aparılan yollarda beton sədlərə çırpılıb [Video]

Bakıda avtomobillər təmir aparılan yollarda beton sədlərə çırpılıb [Video] Gecə saatlarında Bakıda yolayrıcında sürətini nizamlaya bilməyən minik avtomobili dönmə əməliyyatı etmək əvəzinə təmir işləri aparılan yolun ortasına qoyulmuş beton səddə çırpılaraq onu bir neçə metr kənara sürüyüb. Bu vaxt yolu keçən piyadalar son anda ölümdən qurtula bilib.

Trend-in məlumatına görə, elə həmin yerdə gecə saatlarında baş verən digər hadisə zamanı minik avtomobili yanından keçmək əvəzinə beton səddə çırpılaraq onu iki yerə bölüb.

Bakıda mərkəzi küçələrin birindəki yolayrıcında isə günorta saatlarında baş verən qəza zamanı dönmə əməliyyatını yerinə yetirmək istəyən minik avtomobilini arxadan gələn digər avtomobil vuraraq onu irəliyə tullayır. Nəticədə qarşıdakı avtomobil yol böyu düzülmüş beton sədlərə, daha sonra yolun asfalt örütüyünün çəkilməsinə cəlb olunmuş xüsusi texnikaya çırpılaraq dayanır.

Həmin hadisələrin video görüntülərini təqdim edirik.


Şərhlər
Hadisə bölməsinin xəbərləri