Röya: “Aygün bu dəfə həddini aşdı…”
- 28.12.2017, 11:47,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Media nümayəndələrindən xahiş edirəm, bunun adını qalmaqal adlandırmasınlar. Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm”.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri əməmkdar artist Röya Ayxan rəsmi instaqram səhifəsində yazıb. O, əməkdar artist Aygün Bəyləri məhkəməyə verməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
O bildirib ki, A. Bəylər bu həddini çox aşıb:
“Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Xanəndədirsə, xanəndə adına layiq hərəkət etsin. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”.
Qeyd edək ki, primetime.az Röyanın Aygünü məhkəməyə verməsi barədə xəbər yayıb.
Xatırladaq ki, A. Bəylər Röyanın sənətinin olmadığını bildirmişdi.