Azərbaycan nefti 70 dollaradək bahalaşıb


Azərbaycan nefti 1 dollardan artıq bahalaşıb.
 
Live.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,30 dollar və ya 1,89% artaraq 69,89 dollar təşkil edib.

 Londonun İCE əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 1 barelə görə 2,1% artaraq 68,01 dollar təşkil edib.
 
Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, mayın 13-dən etibarən ilk dəfə olaraq 68 dolları ötüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri