Röya Aygün Bəylərdən 50 min təzminat istəyir


Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərdən 50 min manat təzminat və mətbuat vasitəsilə onun haqqında səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

LİVE.Az report-a istinadən xəbər verir ki, bunu R.Ayxanın vəkili Vamiq Şükürov deyib.

V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib:

"Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək".

Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri