Bakıda Türkiyə vətəndaşını maşın vurub
- 10.07.2013, 18:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Türkiyə vətəndaşını maşın vurub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 9-da saat 19.20 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomaşınla Türkiyə vətəndaşı Geçinez Şərafəttin Ali oğlu vurulub. Nəticədə xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.