Yanvarın 22-si iş günü olacaqmı?



Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin şənbə gününə təsadüf etməsi yanvarın 22-də iş gününün olub-olmayacağı sualını doğurub.

LİVE.az xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, həmin gün Ümumxalq Hüzn Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.

Qeyd edək ki, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 8 Mart - Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika Günü, 15 İyun - Milli Qurtuluş Günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Silahlı Qüvvələri Günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.
Şərhlər
Sosial bölməsinin xəbərləri