Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ölkədən çıxışına qadağa qoyulmuş şəxsi saxlayıb.

 

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

 

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri