Bakıda taksi fəaliyyəti ilə məşğul olan avtomobil yolun zolaqlı xəttindən keçən piyadanı vurub.
Trend-in məlumatına görə, sürücü hadisə yerindən qaçıb. Videogörüntüdən məlum olur ki, piyada yolu işıqforun qırmızı işığında keçərkən vurulub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyada və sürücüləri yollarda diqqətli olmağa və yol-hərəkət qaydalarına riayət etməyə çağırır.
Qeyd edək ki, bu il yanvarın 1-dən martın 5-dək paytaxt ərazisində 154 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən hadisələr nəticəsində 53 nəfər ölüb,143 nəfər xəsarət alıb.
Bu müddətdə yol-hərəkət qaydalarını pozan 17786 piyada barəsində də cəza tədbiri olaraq inzibati protokol tərtib edilib.