“Skenderbeu”nun prezidenti: ""Neftçi"dən qorxmuruq"
- 10.07.2013, 20:09,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay yerli mətbuata müsahibə verib.
“Skenderbeu”nun prezidenti öncə stadionla bağlı yaranan problemə toxunub: “Hamı bilir ki, mən “Neftçi” ilə cavab oyunumuzu “Skenderbeu” stadionunda keçirmək üçün əlimdən gələni edirəm. Bu gün rəsmən deyirəm ki, matç bizim stadionda keçiriləcək və oturacaqlar dəyişdiriləcək. Bu, UEFA-nın tələblərinə uyğun standartlara cavab verəcək. Öz stadionumuzda oynamaq üçün istənilən vəsaiti sərf etməyi lazım bilirəm. Hazırda bütün diqqətimizi iyulun 17-də Bakıda keçiriləcək ilk oyuna yönəltmişik”.
O, “Neftçi” ilə oyunlardakı şanslarından danışarkən bunları söyləyib: “Şanslar 50-nin 50-yədi. Amma rəqib bizi az da olsa, üstələyir. Bakıya gözəl futbol oynamağa gedəcəyik. Lakin eyni zamanda ehtiyatlı olmalıyıq. Rəqibə yuxarıdan aşağı baxmaq təhlükəlidi. Heç kim məğlubedilməz deyil. Fikrimcə, bəxtimiz gətirsə, Bakıda müsbət nəticə əldə edə bilərik. Şübhəsiz ki, nəticə bizim üçün ağır olsa, 1:5 hesabı ilə uduzsaq, evdə məqsədə çatmağa ümid etmək mənasız olacaq (gülür). Zarafatı kənara qoysaq, öz meydanımızda sona kimi mübarizə aparacağıq. Rəqiblər üçün Korçada yaxşı oynamaq çətin olacaq. “Debretsen” bunun əziyyətini çəkib. Ancaq hər şeydən öncə bizə bir qədər bəxt lazımdı. Çıxıb öz oyunumuzu oynayacağıq. Bizim “Neftçi”dən heç bir qorxumuz yoxdu”.
azerisport