Pele: “Braziliya Dünya Kubokunu qazana bilər”
- 16.01.2018, 09:15,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliya millisi futbol üzrə 2018-ci il dünya çempionatının favoritidir.
APA-nın “Gazeta.ru”-ya istinadən verdyi xəbərə görə, bunu əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele bəyan edib.
«Çempion olmaq üçün bütün imkanlarımız var. Son Dünya Çempionatında da yaxşı oyunçularımız olsa da, təşkilatçılıq baxımından komanda zəif idi. Yığmanın hazırkı baş məşqçisi Tite bu kimi qüsurları aradan qaldıra bilib. Bu bizə gələcəyə inamla baxmağa imkan verir. Braziliya Dünya Kubokunu qazana bilər”, deyə Pele qeyd edib.
Xatırladaq ki, futbol üzrə 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.