“Dəmirbank”ın ikinci ən iri xarici investoru bankın bağlanmasına münasibət bildirib
- 17.01.2018, 11:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin beynəlxalq səhmdarlarından biri bankın lisenziyasının ləğv olunmasına münasibət bildirib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, “Hollandiya İnkişaf Maliyyə Şirkəti”nin (FMO) baş kommunikasiya məsləhətçisi Paul Hartoqsfeld “Dəmirbank”ın bağlanmasına təəssüfləndiyini bildirib.
“Təəssüflər olsun ki, “Dəmirbank” belə bir vəziyyətə gəlib çıxdı və buna görə də Azərbaycanda müştərilərinə xidmət göstərə bilməyəcək”, - deyə şirkətin sözçüsü qeyd edib.
Qeyd edək ki, FMO lisenziyası ləğv olunan “Dəmirbank”da 10%-lik səhm paketinə sahib olmaqla ikinci ən böyük beynəlxalq investor idi. Bankın digər beynəlxalq və ən böyük paya sahib investoru isə 25%-lik səhm paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) olub.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank”ın lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.