Aydın Əliyev DGK-nın bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
- 19.01.2018, 11:32,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
APA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, bəzi ölkələrdə Gömrük Komitəsi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir.
"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik", - deyə A.Əliyev vurğulayıb.