Təranə Qumralın avtomobilinə həbs qoyuldu


Vəkil danışdı

LİVE.az-ın xəbərinə görə, bunu mediapress saytına müğənni Nazəninin vəkili Heyrat Qarayevin Nazənin və Təranə Qumral arasında yaranan insidentlə bağlı yeniliklərini diqqətinizə çatdırır:

"Məlumat üçün bildirim ki, mən Nazənin xanımın, həmçinin onun həyat yoldaşı Məhəbbət bəyin nümayəndəsiyəm. Bu işlə bağlı məhkəmə qətnaməsi var. Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Həmin qətnamələrə görə, Təranə İbrahimova (Təranə Qumral – red.)  həm Nazənin xanımdan, həm Məhəbbət bəydən üzr istəməlidir. Onların hesabına 3500 manat təzminat verməlidir. İcra şöbəsində bir il məhkəmə qətnaməsi  mövcuddur, yəni bir il müddətində cavabdeh Təranə İbrahimovaya qarşı icra məmuru tərəfindən məcburi icbari tədbirlər görülür. 3500 manatı ödəmədiyi üçün əvvəla T.İbrahimovanın  mülkiyyətində olan əmlakına, yəni avtomobilinə həbs qoyulub. Sonradan barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Və T.İbrahimova inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat inzibati qaydada cərimə olunub. Bunlara baxmayaraq,  cavabdeh dəfələrlə icra şöbəsinə çağırılıb, orada izahat yazaraq məhkəmə qətnaməsinin icrasından açıq-aşkar imtina edib. Bildirib ki, iddiaçılardan – yəni Məhəbbət bəydən, ya da Nazənin xanımdan üzr istəməyəcək və onlar haqqında dedikləri fikirlərlə bağlı təkzib verməyəcək. Və buradan da görünür ki, cavabdeh açıq-aşkar məhkəmə qətnaməsinin icrasından yayınır. Bununla bağlı tərəfimizdən aidiyyatı qurumlara müraciət olundu və Təranə İbrahimovanın ölkədən çıxışı müvəqqəti olaraq Nərimanov rayon məhkəməsinin qərarı ilə məhdudlaşdırıldı, həmçinin cavabdehin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı icra məmurları tərəfindən təqdim edilmiş təqdimat Ədliyyə Nazirliyinə verildi.

Bugünkü gündə də həmin təqdimat Ədliyyə Nazirliyində araşdırılır. Əgər T.İbrahimovanın əməlində həqiqətən də cinayət tərkibi olduğu aşkarlanarsa, bu zaman müvafiq materiallar nazirliyin istintaq idarəsinə veriləcək. Və cinayət Məcəlləcinin 306-cı maddəsi ilə cinayət işi qaldırılacaq(əgər cavabdeh şəxs qanunla qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməzsə, bu zaman o cinayət məsuliyyətinə cəlb edilir, hətta 3 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur).

Bir məsələni də qeyd etmək istəyirəm, Təranə İbrahimova bildiyimiz kimi, hər 2 məhkəmə qətnaməsi üzrə cavabdehdir. Yəni o, üzr istəməli və təkzib verməlidir. Bu qadın isə efirlərə çıxaraq, açıq-aşkar qeyd edir ki, üzr istəməyəcək, təkzib verməyəcək. Burada söhbət üzr istəmədən və ya təkzib vermədən getmir. Birincisi, respublikamızın adına çıxan məhkəmə qətnaməsinin icrasına, hörmətsizlik etmək kimi yanaşmaq deməkdir. Ona görə də hesab edirəm ki, ən önəmli məsələ qətnamənin icrasının təmin olunmasının mütləq qaydada icrası təmin olunmalıdır. Hazırda bununla bağlı araşdırma aparılır.

Təranə İbrahimova bir neçə gün öncə Bakı Şəhəri Baş Polis İdarısinə və digər qurumlara müraciət edib. Həmin müraciətlə bağlı mən BŞBPİ-də oldum. O, burada həm Məhəbbət bəydən, həm də onun yoldaşı Nazənin xanımdan şikayət edib.  O, qeyd edir ki, özümü öldürmə həddinə gəlmişəm. Sual vermək lazımdır ki, özünü öldürməyi ona nə və ya kim vadar edir? Məhkəmə qətnaməsi var. Məhkəmə bu məsələyə hüquqi qiymət verib.

T.İbrahimova digər instansiyalara da şikayətlər edib . Yekun, hətta Ali Məhkəmənin də qərarı vardır ki, o, üzr istəməli və təkzib verməlidir. Bu qadın məhkəmə qətnaməsi üzrə cavabdeh olsa da, açıq-aşkar efirlərdə də bildirir ki, nə üzr istəyəcək, nə də təkzib etməyəcək. Hesab edirəm ki, belə olduğu halda məhkəmə qətnaməsini icra etmədiyinə görə Təranə İbrahimova cinayət məsuliyyətinə cəlb olunmalıdır!  

 Xatırladaq ki, T.Qumralla Nazənin arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Və Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla münasibətinin olmasını sübut etmişdi.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri