Fevralda Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək



Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək.

 

Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, görüşün fevralın 20-dən sonra Bakıda keçirilməsi nəzərdə tutulur.

 

X. Xələfov bunun ardınca sərhəd xəttində 1-ci sərhəd nişanlarının qoyuluş mərasiminin keçiriləcəyini də deyib.



APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri