Qaxda ümumi uzunluğu 26 km olan avtomobil yolu salınır
- 11.07.2013, 02:07,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaxda ümumi uzunluğu 26 km olan avtomobil yolu salınır.
Trend Kanal S-ə istinadən məlumat verir ki, Alatəmir, Marsan, Tasmalı, Lələli və Zəyəm kəndlərini birləşdirən avtomobil yolunun tikintisinə bu ilin mayında başlanıb.
Hazırda yolun Alatəmir, Marsan və Tasmalı kəndlərini əhatə edən ilk 10 km-də işlər davam etdirilir. Artıq 7 km hissədə torpaq yatağı tikilib başa çatdırılıb, 3,2 km-lik hissədə isə asfalt beton örtüyünün alt qatı inşa edilib və əsas yola birləşdirilib.
Bundan başqa, Alatəmir kəndində 2,7 km-lik yolun çəkilməsi davam edir. Görülən işlər müasir texnikalar vasitəsilə yerinə yetirilir. Avtomobil yolunun tikintisində Qax 16 saylı Yol İstismar idarəsinin briqadalarının 50 nəfərlik heyəti çalışır.
Alatəmir, Marsan və Tasmalı kəndlərini əhatə edən yolun 10 km-lik hissəsinin başa çatması bu ilin sonuna nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qax rayonunda böyük kəndləri əhatə edən avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılıb.